Qərbi Afrika ölkəsi Qanada 34 yeni M-pox (mpox) yoluxma halı qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti (GHS) məlumat yayıb.
Qurumun açıqlamasına görə, yeni yoluxmalar ölkənin 10 əyalətində aşkarlanıb və bununla da ölkə üzrə ümumi yoluxma sayı 79-a yüksəlib.
Məlumatda qeyd olunur ki, virus səbəbilə hazırda 4 nəfər xəstəxanada müalicə alır. Eyni zamanda, yoluxmuş şəxslərlə təmasda olanların müəyyən edilməsi istiqamətində axtarışlar və müşahidə tədbirləri davam etdirilir.
Qana Səhiyyə Xidməti vətəndaşlara müraciət edərək səpgi, yüksək hərarət, limfa düyünlərində şişkinlik və əzələ ağrısı kimi əlamətlər müşahidə edildikdə dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib.