İranda balıqçı körpüsündə YANĞIN - Onlarla qayıq külə döndü

14:11 - 12 İyun 2025

İranda balıqçı körpüsündə YANĞIN - Onlarla qayıq külə döndü

İranın cənubundakı Parsiyan rayonunda balıqçı körpüsündə güclü yanğın baş verib.


Manset.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumatı yayıb.

Məlumata görə, hadisə nəticəsində 10-dan çox balıqçı qayığı yanaraq yararsız hala düşüb. Hazırda alovun yayılmasının qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.

Hörmüzqan Balıqçılıq Müdirliyinin açıqlamasına görə, yanğın baş verən estakada balıqçılıq fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir və burada təxminən 70 qayıq fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az