BMT-nin baş katibi İsrail və İrana çağırış etdi

08:42 - 13 İyun 2025

BMT-nin baş katibi İsrail və İrana çağırış etdi

BMT-nin baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin sözçünün müavini Fərhan Haq məlumat verib.

Onun sözlərinə görə, baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir:

“O, İran və ABŞ-nin nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır. Baş katib BMT-yə üzv dövlətlərin təşkilatın nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etmək məsuliyyətini xatırladır. Baş katib hər iki tərəfi maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa olsun münaqişənin eskalasiyasından çəkinməyi xahiş edir”.

Bundan əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib və zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv