ABŞ Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

23:30 - 06 Dekabr 2021

ABŞ Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

ABŞ Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəlib.

Manşet.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bəyan edib.

O bildirib ki, boykot qərarına baxmayaraq, amerikalı idmançılar oyunlarda iştirak edəcəklər.

Psakinin sözlərinə görə, ABŞ Olimpiadanı boykot etmək qərarı barədə müttəfiqlərini də məlumatlandırıb. Onlar bu vəziyyətdə nə edəcəkləri barədə artıq özləri qərar verməlidirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az