Xəbər verdiyimiz kimi, İsrailin İrana qarşı gecə saatlarında başladığı hava hücumları nəticəsində Tehranın da daxil olduğu bir neçə şəhər hədəf alınıb. Hücumlar əsasən hərbi və nüvə obyektlərinə yönəlib.
Manset.az-ın əldə etdiyi məlumata görə, İranın rəsmi mənbələri azı 5 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirir. Yaralananlar arasında iranlı komandirlər və alimlər də var.
Tehranda mülki yaşayış binasının vurulması nəticəsində uşaq və qadınların da zərər gördüyü qeyd olunur.
MAQATE bildirib ki, Natanz nüvə obyektində radiasiya səviyyəsində artım müşahidə olunmayıb. Buşehr nüvə obyekti isə hücuma məruz qalmayıb.
Rəsmi Tehran İsrailin hücumlarına sərt cavab veriləcəyini açıqlayıb.