İranın qisas bayrağı qaldırıldı - VİDEO

12:53 - 13 İyun 2025

İranın qisas bayrağı qaldırıldı - VİDEO

İsrailin İrana endirdiyi hava zərbələrindən sonra Qum şəhərindəki Cəmkəran məscidinin günbəzində qırmızı “qisas” bayrağı qaldırılıb.


Manset.az xəbər verir ki, hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İnqilab Keşikçilərinin yüksək rütbəli komandirləri həlak olub.

İranın ali lideri Ayətullah Xamenei hücumlara sərt reaksiya verərək, İsrailin bu addımla “özünə qaranlıq son hazırladığını” bildirib. İran cavab olaraq İsrailə qarşı 100-dən çox PUA göndərib.

İran nüvə danışıqlarını dayandırdığını açıqlayıb. Qırmızı bayraq İranda “qisas” simvolu kimi tanınır və bu, son beş ildə Cəmkəran məscidində dördüncü dəfədir ki, qaldırılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv