Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələr Günündə Donbas cəbhəsinə səfər edib.
Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Rəyasət Heyəti məlumat yayıb.
Bildirilir ki, Zelenski səfəri çərçivəsində cəbhədə olan 5 əsgəri dövlət medalı ilə təltif edib.
"Mən bu gün sizinlə olmaqdan şərəf duyuram. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qoruduğunuza görə minnətdaram", - Zelenski əsgərlərə deyib.