İsrailin hərəkətləri ölkənin nüvə sahəsindəki qətiyyətini zəiflətməyib, əksinə, alimləri daha da əzmli edib.
Manset.az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi deyib.
O, Natanz nüvə obyektinə hücumu təsdiqləyərək insan itkisi olmadığını və zərərlərin əsasən səthi olduğunu qeyd edib. Kamalvəndi həmçinin bildirib ki, obyekt daxilində kimyəvi və radiasiya çirklənməsi aşkarlansa da, ətraf mühit üçün təhlükə yoxdur.