Xorvatiyanın İsraildəki konsulu və xanımı yaralandı

20:37 - 14 İyun 2025

Xorvatiyanın İsraildəki konsulu və xanımı yaralandı

İranın Təl-Əvivə raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Radman bildirib.

“Tel-Əvivə hücumda konsulumuzun və onun həyat yoldaşının yaralanması xəbərindən sarsıldım. Onların yaşadıqları bina vuruldu.

Biz mülki şəxslərə və diplomatik obyektlərə edilən hücumları qətiyyətlə pisləyirik. Dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq”, - Radman deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az