İran, İsrailin respublikaya qarşı aqressiyasını dayandıracağı təqdirdə, İsrailə qarşı hücumları dayandırmağa hazırdır.
Manset.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Bundan əlavə, Əraqçi bildirib ki, İran özündə nüvə silahının olmadığını təmin edən saziş imzalamağa hazırdır. Onun sözlərinə görə, İran ABŞ-ın respublikaya qarşı hücumda iştirak etmədiyinə dair iddialarına inanmır.