İran Prezidenti Məsud Pezeşkian İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı aparıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.
“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu hücumlar təkrarlanarsa, daha ağrılı və sarsıdıcı cavablar veriləcək” , - İran Prezidenti bildirib.
O, həmçinin bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət etməlidir ki, İraq ərazisindən İrana qarşı sui-istifadə edilməsin”.
İran Prezidenti İslam ölkələrinin təcavüzlərə qarşı ortaq məsuliyyət daşıdığını vurğulayıb.
Öz növbəsində, İraq Baş naziri əl-Sudani, İsrailin hücumları nəticəsində şəhid olmuş İranın yüksək rütbəli hərbi komandirləri və mülki şəxslərin itkisinə görə başsağlığı verib.