MI6-ya ilk dəfə qadın rəhbər təyin olundu

08:47 - 16 İyun 2025

MI6-ya ilk dəfə qadın rəhbər təyin olundu

Blez Metreweli Böyük Britaniyanın xarici kəşfiyyat xidməti – MI6-nın rəhbəri təyin olunub. Baş nazir Keir Starmerin təsdiqi ilə bu vəzifəyə gətirilən Metreweli təşkilat tarixində ilk qadın rəhbər olacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda MI6-da texnologiya və innovasiyalar üzrə baş direktor ("Q") kimi çalışan Metreweli əvvəllər MI5-də də fəaliyyət göstərib. O, bu ilin payızında vəzifədən ayrılacaq hazırkı direktor Riçard Muru əvəz edəcək.

Baş nazir Starmer və xarici işlər naziri David Lammy onun bu vəzifəyə təyin olunmasını yüksək qiymətləndiriblər. Lammy həmçinin kəşfiyyat xidmətlərinə əlavə 600 milyon funt sterlinq ayrılacağını açıqlayıb.

Metreweli 1999-cu ildən MI6-da çalışır, əsasən Yaxın Şərq və Avropada əməliyyatlara rəhbərlik edib. O, Kembric Universitetində antropologiya üzrə təhsil alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az