İsrail Müdafiə Qüvvələri (IDF) Barak Magen adlı yeni hava hücumundan müdafiə sistemindən ilk dəfə istifadə edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ötən gecə İran tərəfindən buraxılan 8 pilotsuz uçuş aparatı (PUA) döyüş gəmilərindən atılan raketlərlə ələ keçirilib. Hücumun qarşısının alınmasında Barak Magen sistemindən istifadə edildiyi bildirilib.
Əməliyyatla bağlı görüntülər İsrail ordusunun rəsmi sosial media hesablarında paylaşılıb.