İranın Qum əyalətində, Fordo nüvə obyektinin yaxınlığında Rixter cədvəli üzrə 2,5 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Qum şəhərindən 29 kilometr aralıda, zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə məlumat yoxdur.