Rusiya İran və İsrail arasında artan gərginlik fonunda vasitəçilik etməyə hazırdır.
Manset.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, Moskva böhranın əsas səbəblərini aradan qaldırmaq üçün addım atmağa hazırdır.
Peskov həmçinin bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların yeni raundu ilə bağlı tarix və məkan hələ müəyyənləşməyib. Alternativ platforma barədə müzakirə aparılmadığını da əlavə edib.
İsrailin İrana qarşı hücumlarını şərh edən Peskov bölgədə təhlükəli gərginliyə səbəb olan hərəkətləri qınadıqlarını vurğulayıb. O, Prezident Putinin İran, İsrail və ABŞ liderləri ilə bu məsələ ilə bağlı əlaqə saxladığını bildirib.