Biz müdafiə yönümlü nüvə strategiyası həyata keçiririk - Çin

17:39 - 16 İyun 2025

Biz müdafiə yönümlü nüvə strategiyası həyata keçiririk - Çin

Çin həmişə müdafiə xarakterli nüvə strategiyası həyata keçirib və nüvə imkanlarını yalnız milli təhlükəsizliyin təmin edilməsi üçün lazım olan minimum səviyyədə saxlayır.


Manset.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.

Nazirlik sözçüsü bu açıqlamanı bu gün keçirilən mətbuat konfransında verib. O, İsveçdə yerləşən bir beynəlxalq təşkilatın qlobal nüvə gücləri ilə bağlı dərc etdiyi illik hesabatla bağlı ünvanlanan sualları cavablandırıb.

Quo Jiakun bildirib ki, rəsmi Pekin hesabatla bağlı hər hansı bir dəyərləndirmə vermək niyyətində deyil. O, bununla yanaşı, Çinin nüvə siyasətinin əsas prinsiplərinə diqqət çəkib. Sözçünün sözlərinə görə, Çin qeyd-şərtsiz olaraq “ilk istifadə edilməməsi” prinsipinə sadiqdir və heç vaxt nüvə silahına malik olmayan dövlətlərə və ya nüvə silahından azad zonalara qarşı bu silahdan istifadə etməyəcək və ya istifadə ilə hədələməyəcək.

Quo həmçinin qeyd edib ki, Çin bu öhdəlikləri açıq şəkildə qəbul edən yeganə nüvə dövlətidir. O, Pekinin qanuni təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə etməyə və qlobal sülh və sabitliyin qorunmasına töhfə verməyə davam edəcəyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az