Ağ Ev İran tərəfi ilə bu həftə İran-Amerika danışıqlarının keçirilməsi imkanını müzakirə edir.
Manset.az bu barədə "Axios" qazeti məlumat yayıb.
Məlumata görə, Amerika tərəfini prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Danışıqların məqsədi nüvə sazişini hərtərəfli müzakirə etmək və İsrail ilə İran arasında atəşkəs yaratmaqdır. Bu danışıqlar həlledici ola bilər.
Bildirilib ki, Tramp ABŞ-ni münaqişənin birbaşa iştirakçısına çevirmək niyyətində deyil. Ola bilər ki, Amerika tərəfi Tehrana təzyiq vasitəsi kimi İrana qarşı istifadə üçün İsrail tərəfinə anti-bunker bombaları ötürəcək.