İsrail Hərbi Hava Qüvvələri Kermanşahdakı bazada daha İranın üç “AH-1” hərbi helikopterini bombardman edib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu helikopterlər İranın hava məkanında fəaliyyət göstərən İsrail təyyarələrinə hücum üçün nəzərdə tutulub.
Daha əvvəl İsrail Müdafiə Ordusu eyni bazada İranın beş helikopterinin məhv edildiyini bildirmişdi.