Həyat yoldaşına əsəbiləşdi - 4 aylıq oğlunu öldürmək istədi

15:22 - 19 İyun 2025

Həyat yoldaşına əsəbiləşdi - 4 aylıq oğlunu öldürmək istədi

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yaşayan 38 yaşlı Tolgahan T., həyat yoldaşı Şirin T. ilə mübahisədən sonra 4 aylıq oğlunu 3-cü mərtəbədən atmağa cəhd edib. 


Manset.az türk mətbuatına istinadən xəbər verir ki, fabrikdə fəhlə kimi çalışan Tolgahan T., Çorlu həyat yoldaşı, iki uşağının anası Şirin T. ilə naməlum səbəbdən mübahisə edib. Mübahisədən sonra Şirin T., 4 aylıq K.A.T. adlı oğlunu evdə qoyaraq anasının evinə gedib.

Buna əsəbiləşən ata, körpəni qucağına alaraq evin 3-cü mərtəbəsindəki pəncərədən aşağı atmağa cəhd edib. Hadisəni görən qonşular dərhal polisə, təcili tibbi yardıma və yanğınsöndürmə xidmətinə məlumat veriblər.

Polis əməkdaşları pəncərədə körpə ilə dayanan atanı bir saat ərzində inandırmağa çalışsalar da, bu cəhdlər nəticəsiz qalıb. Bu səbəbdən əməliyyat keçirməyə qərar verilib. 

Nəhayət, həm pəncərədən, həm də qapıdan evə daxil olan polis, Tolgahan T.-ni zərərsizləşdirərək körpəni xilas edib. Sağlamlıq işçilərinin yoxladığı körpənin vəziyyətinin yaxşı olduğu müəyyən edilib və o, anası Şirin T.-yə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az