Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri İran Xarici İşlər Naziri Abbas Arakçi ilə görüşəcək.
Manset.az-ın məlumatına görə, bu telefon danışığı İsrail və İran arasında artan gərginliyi azaltmaq məqsədilə aparılacaq.
Görüş, Avropa ölkələrinin ortaq diplomatik təşəbbüsünün bir hissəsi olaraq qiymətləndirilir. Diplomatik mənbələr bu əlaqəni İranın İsrailə qarşı hücumlarının məhdudlaşdırılması və bölgədə sabitliyin təmin olunması istiqamətində atılmış addım kimi dəyərləndirib.
Rəsmilər bildiriblər ki, gərginliyin azaldılması üçün diplomatik səylər davam etdiriləcək.