İranda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az-ın Habertürk-ə istinadən məlumatına görə, yeraltı təkanlar Tehran, Qum və Semnan əyalətlərində hiss olunub.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,1 bal olaraq açıqlayıb.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.