Reanimasiyada müalicə alan və çəkisi 23 kiloya qədər düşən məşhur fenomen Nihal Candan həyatını itirib.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, 30 yaşına daxil olan Nihal Candan ötən həftə xəstəxanada müalicəsi davam edərkən ad gününü qeyd etmişdi.
Gülnihal Candan, 15 iyun 1995-ci ildə Mersin şəhərində anadan olub. İstanbul Beykent Universiteti Hüquq Fakültəsində təhsil alıb. O, TV8 kanalında yayımlanan “Bu Tarz Benim” yarışması ilə tanınıb.