Çin İsrail və İran arasında davam edən gərginliklə bağlı tərəfləri dərhal atəşkəsə və qarşıdurmaya son qoymağa çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, münaqişə hər iki tərəfdən mülki itkilərə və böyük maddi ziyana səbəb olub.
Gərginliyin artmasının təkcə İsrail və İrana deyil, bütün region ölkələrinə mənfi təsir göstərəcəyini vurğulayıb.