İsrail bu dəfə İranın Hərbi Hava Qüvvələrini hədəfə aldı

14:46 - 23 İyun 2025

İsrail bu dəfə İranın Hərbi Hava Qüvvələrini hədəfə aldı

İsrail ordusu İranın qərb, mərkəzi və şərq bölgələrində yerləşən rejimə məxsus altı hərbi hava limanına aviazərbələr endirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində hava limanlarının uçuş-enmə zolaqları, yeraltı anqarlar, yanacaq doldurma təyyarələri, həmçinin F-14, F-5 və AH-1 tipli hərbi təyyarələr məhv edilib.

Məlumata görə, hücumlar İranın bir sıra strateji şəhərlərindən sonra bu dəfə birbaşa hava qüvvələrini hədəfə alıb. Zərbələrin məqsədinin İran Hərbi Hava Qüvvələrinin İsrailə qarşı potensial fəaliyyət imkanlarını məhdudlaşdırmaq olduğu bildirilir.

İsrailin rəsmi mənbələri hücumların nəticəsində İran ordusunun hava əməliyyatları həyata keçirmək imkanlarının ciddi şəkildə zəiflədiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az