Qəzzada ölənlərin sayı bu qədər oldu

15:32 - 23 İyun 2025

Qəzzada ölənlərin sayı bu qədər oldu

7 oktyabr 2023-cü ildən etibarən İsrail ordusunun Qəzza Zolağına etdiyi hücumlarda həlak olanların sayı 55 min 998 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb. Bildirilib ki, son 24 saat ərzində Qəzzada 39 cəsəd və 317 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bəri həyata keçirdiyi hücumlarda isə 5 min 685 fələstinlinin həlak olduğu, 19 min 518 nəfərin yaralandığı qeyd olunub.

Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda yaralıların sayı isə 131 min 559 nəfərə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az