"İrana qarşı hücumlar əsassız təcavüzdür" - Putin

15:56 - 23 İyun 2025

\"İrana qarşı hücumlar əsassız təcavüzdür\" - Putin

Rusiya prezidenti Vladimir Putin İran xalqına dəstək göstərdiklərini bildirib. Tehrana qarşı edilən hücumları əsassız və səbəbsiz təcavüz adlandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya lideri İranın xarici işlər naziri Abbas Erakçi ilə Moskvada, Kreml sarayında baş tutan görüşdə səsləndirib.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin iki ölkə arasında etibarlı və dost münasibətlərin mövcudluğunu vurğulayıb:
"İran xalqına kömək etmək üçün səy göstəririk. Rusiya və İran arasında münasibətlər qarşılıqlı etimada əsaslanır", – deyə Putin qeyd edib.

Dövlət başçısı əlavə edib ki, Rusiya Yaxın Şərqdə baş verən hadisələrə dair mövqeyini açıq şəkildə ortaya qoyur:

"İrana qarşı hücumlar heç bir əsas olmadan edilən təcavüz aktlarıdır. Bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi də mövqeyimizi dəqiq şəkildə ifadə edib. BMT Təhlükəsizlik Şurasında tutduğumuz mövqeni də yaxşı bilirsiniz".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az