"Atəşkəslə bağlı razılıq yoxdur" - Əraqçi

11:10 - 24 İyun 2025

\"Atəşkəslə bağlı razılıq yoxdur\" - Əraqçi

Silahlı qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar son dəqiqəyə, səhər saat 4:00-a qədər davam edib.


Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədəki səhifəsində yazıb. 

“İranın dəfələrlə açıqladığı kimi, İrana qarşı müharibəni başlayan İsraildir, əksinə deyil”.

Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı “razılıq” yoxdur. Lakin İsrail rejimi Tehran vaxtı ilə saat 16:00-dan gec olmayaraq İran xalqına qarşı qanunsuz təcavüzünü dayandırarsa, cavabımızı bundan sonra da davam etdirmək niyyətimiz yoxdur. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az