Atəşkəsdən sonra Avropada qaz qiymətləri ucuzlaşdı

11:58 - 24 İyun 2025

Atəşkəsdən sonra Avropada qaz qiymətləri ucuzlaşdı

ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsindən sonra Avropada qaz qiymətləri kəskin şəkildə düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Niderland mərkəzli TTF-də iyul fyuçerslərinin qiyməti 40,5 avrodan 36,4 avroya enib. 

Qiymətlərdəki dalğalanmalar İsrail-İran gərginliyi fonunda Hörmüz boğazının bağlana biləcəyi və LNG tədarükündə problemlər yaşana biləcəyi narahatlıqları ilə bağlı idi.

Hörmüz boğazı qlobal LNG ticarətinin 20 faizinə ev sahibliyi edir, buradan Avropaya göndərilən pay təxminən 15 faiz təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az