Amazon gələn üç il ərzində Böyük Britaniyaya 40 milyard funt-sterlinq sərmayə qoymağı planlaşdırır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət Hull, Northampton və East Midlands bölgələrində dörd yeni logistika mərkəzi quracaq və burada 4 mindən çox iş yeri yaradılacaq.
Amazonun sərmayəsinin 2025-2027-ci illəri əhatə edəcəyi və İngiltərə iqtisadiyyatına 38 milyard funt əlavə töhfə verəcəyi gözlənilir. Hazırda şirkətin ölkədə 75 000 işçisi var.