"Qalatasaray" klubunda çıxış edən argentinalı futbolçu Mauro İkardinin şəxsi həyatı ilə bağlı maraqlı məlumat yayılıb.
Manset.az "El Esquiu" nəşrinə istinadən xəbər verir ki, İkardi ilə sevgilisi Çin Suares arasında ciddi mübahisə baş verib.
Bildirilir ki, tərəflər arasında sərt qarşıdurma yaşanıb. Cütlüyün əvvəllər Türkiyədə birlikdə yaşamaq planı olsa da, yaşanan insidentdən sonra bu planlar suya düşüb.
Məlumata əsasən, mübahisədən dərhal sonra Mauro İkardi Türkiyəyə təkbaşına yola düşüb. Çin Suares isə Argentinada qalıb. Hazırda cütlüyün münasibətinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.