"Samsung" şirkəti 9 iyul tarixində ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində keçiriləcək Unpacked tədbirində süni intellektlə təchiz olunmuş yeni Galaxy cihazlarını təqdim edəcək.
Manset.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Verilən məlumata görə, Samsung yeni nəsil cihazlarını Galaxy AI xüsusiyyətləri ilə təqdim etməyə hazırlaşır. Bu xüsusiyyətlər sayəsində cihazlar istifadəçi təcrübəsini süni intellekt vasitəsilə daha da təkmilləşdirəcək. Yeni smartfonlar yalnız proqram və alət deyil, istifadəçilərin ehtiyaclarını anlayan və onlara anında cavab verən rəqəmsal köməkçilərə çevriləcək.
Tədbir Samsung-un rəsmi internet saytı və YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.