İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, ABŞ və İsrailin İranın şərtsiz təslim olacağı və nüvə proqramından imtina edəcəyi ilə bağlı gözləntiləri boşa çıxıb. Onun sözlərinə görə, İran diplomatik həllə daha yaxındır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrəvani, BMT Təhlükəsizlik Şurasında keçirilən JCPOA müzakirəsində İsrailin iştirakına qarşı çıxıb və bu cür toplantıların yalnız rəsmi tərəflər arasında keçirilməsinin vacib olduğunu qeyd edib.
O, ABŞ-nin 2018-ci ildə sazişdən çıxmasını və qeyri-qanuni sanksiyalar tətbiq etməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
İran nümayəndəsi bildirib ki, ölkəsinin nüvə proqramı sülhməramlı məqsədlərə xidmət edir və MAQATE-nin ciddi nəzarətindədir. Avropa ölkələrinin İranı nüvə silahı hazırlamaqda ittiham etməsini də əsassız adlandırıb.