ABŞ-də faciəvi paraşüt qəzası - 48 yaşlı qadın həlak oldu

12:48 - 25 İyun 2025

ABŞ-də faciəvi paraşüt qəzası - 48 yaşlı qadın həlak oldu

ABŞ-nin Corciya ştatında yerləşən Tomaston-Upson County hava limanında baş verən faciəvi hadisə zamanı 48 yaşlı paraşütçü Cəsmine Blek (Jasmine Black) həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tullanış zamanı Blek havada başqa bir paraşütçünün paraşütü ilə toqquşub. Nəticədə onun əsas paraşütü sıradan çıxıb.

O, dərhal ehtiyat paraşütünü açmağa cəhd etsə də, yerə çox yaxın olduğundan paraşüt tam açıla bilməyib. Qadın yerə sərt çırpılaraq hadisə yerində dünyasını dəyişib.

Məlum olub ki, həyatını itirən Cəsmine Blekin 160-dan artıq paraşütlə tullanma təcrübəsi olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az