Kolumbiyanın Antiokiya bölgəsində yerləşən Bello şəhərinin vadisində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı evlər və avtomobillər torpaq altında qalıb.
Antiokiya qubernatoru Andres Julian sosial media hesabında yayılan məlumatda, faciənin təsdiq olunduğunu və xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Antiokiyanın And dağlarında yerləşməsi və yağışlı mövsüm sürüşmələrin tez-tez baş verməsinə səbəb olur.