İsraillə son münaqişə nəticəsində İranda azı 627 nəfər ölüb və 4 870-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, yaralılar və ölənlərin əksəriyyəti Tehran və Kermanşahda qeydə alınıb.