Zelenski ilə Trampın 40 dəqiqəlik görüşü - Nələr danışıldı?

19:53 - 25 İyun 2025

Zelenski ilə Trampın 40 dəqiqəlik görüşü - Nələr danışıldı?

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.

“Prezident Trampla uzun və mənalı görüş. Biz bütün həqiqətən vacib məsələləri əhatə etdik. Cənab Prezidentə, ABŞ-yə təşəkkür edirəm. Biz atəşkəs və real sülhə necə nail olmaq barədə danışdıq”, - Zelenski qeyd edib.

O əlavə edib ki, görüşün təfərrüatları daha sonra açıqlanacaq.

Qeyd edək ki, görüşün 40 dəqiqə davam etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az