ABŞ İrana yenidən zərbələr endirə bilər

22:05 - 27 İyun 2025

ABŞ İrana yenidən zərbələr endirə bilər

Uranın zənginləşdirilməsinin təhlükəli səviyyələri ilə bağlı məlumatlar ortaya çıxacağı təqdirdə ABŞ İrana yeni zərbələr endirə bilər.


Manset.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Əlbəttə. Heç şübhəsiz, mütləq", - deyə Tramp mövzu ilə bağlı suala cavabında deyib.

O, 12 günlük müharibə vaxtı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini "alçaldıcı ölümdən" xilas etdiyini bildirib.

Tramp Xameneinin İsrail üzərində qələbə çalması ilə bağlı açıqlamalarından sonra İran üzərindən sanksiyaların qaldırılması üzərində işini dayandırdığını qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az