ABŞ Prezidenti Donald Tramp səmimi şəkildə sövdələşmə bağlamaq istəyirsə, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə qarşı hörmətsizlikdən, qəbuledilməz tondan imtina etməlidir.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir qeyd edib ki, iranlılar mürəkkəbliyi, inadkarlığı, saysız-hesabsız səy və səbr saatları ilə toxunmuş möhtəşəm xalçaları ilə tanınır:
“Ancaq bir xalq olaraq, bizim əsas fərziyyəmiz çox sadə və aydındır: öz dəyərimizi, birliyimizi, müstəqilliyimizi qiymətləndirir və heç vaxt başqalarına taleyimizi həll etməyə imkan vermirik”.