Daşqınlarda 4 nəfər öldü - Yüzlərlə insan evlərini tərk etdi

12:07 - 30 İyun 2025

Daşqınlarda 4 nəfər öldü - Yüzlərlə insan evlərini tərk etdi

Əfqanıstanın Maydan Vardak və Loqar əyalətlərinə təsir edən şiddətli yağış və daşqınlar nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb, yüzlərlə sakin isə didərgin düşüb.


Manset.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Məlumata görə, paytaxt Kabil yaxınlığında yerləşən Maydan Vardak və Loqar əyalətlərində güclü yağış və daşqınlar səbəbindən ciddi dağıntılar baş verib.

Səlahiyyətlilər bildiriblər ki, sel sularının təsiri ilə 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb. Daşqınlar nəticəsində təxminən 270 ev dağılıb.

Əyalət rəsmiləri daşqın səbəbindən bağlanan yolların açıldığını, zərərçəkənlərə ərzaq və çadır yardımlarının paylanmağa başlandığını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az