ABŞ Rusiyanın ticarət tərəfdaşı olan və Ukraynaya dəstək verməyən ölkələrə 500 faizlik rüsum tətbiq edəcək.
Manset.az xəbər verir ki, bunu ABC News-a müsahibəsində respublikaçı senator Lindsi Qrem deyib.
“Əgər siz Rusiyadan mal alıb Ukraynaya kömək etməsəniz, mallarınıza 500 faizlik rüsum tətbiq olunacaq”, o qeyd edib.
Belə bir mövqeyə nəyin səbəb olduğu hələ məlum deyil.