Vaşinqton Universitetinin araşdırmasına görə, ağcaqanadlar insanları seçərkən rənglərə diqqət edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qırmızı, narıncı və mavi kimi isti rənglər onların diqqətini daha çox çəkir.
Əvvəl tər, nəfəs və bədən istiliyi ağcaqanadların diqqətini çəkirdi. Yeni araşdırma rəng faktorunun da önəmli olduğunu göstərib. Yayda ağcaqanadlardan qorunmaq üçün isti rənglərdən uzaq durub, soyuq tonlara üstünlük vermək məsləhətdir.