Amerikalı Sharon Lane 15 il əvvəl illərdir qaldığı qocalar evini tərk edərək nəhəng kruiz gəmisi Villa Vie Odyssey-də yaşamağa başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 77 yaşlı qadın bu gəmidə uzunmüddətli “məskunlaşmış həyat” təcrübəsi yaşayır və dünya okeanlarını gəzir.
Lane qocalar evində özünü məhbus kimi hiss etdiyini, gəmidə isə rahat və azad həyat sürdüyünü bildirir. Villa Vie Odyssey-də yemək, təmizlik, internet və sağlamlıq xidmətləri daxil olmaqla bütün ehtiyaclar aylıq ödənişə daxildir.
Qadın yeni həyatını belə təsvir edir: “Artıq alış-veriş və paltar yumaq məcburiyyətində deyiləm, özümü evdəki kimi hiss edirəm.”