Avstraliyanın ən məşhur realiti-şoularından biri olan "Beauty and the Geek Australia" ilə məşhurlaşan, eyni zamanda reklamlarda rol alan aktrisa Tamika Çesser qan donduran hadisə ilə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı Tamika Çesser sevgilisi 39 yaşlı Julian Story-ni qətlə yetirməkdə təqsirli bilinərək həbs edilib.
İyunun 19-da polis onun mənzilinə yanğın xəbəri daxil olduqdan sonra Julian Story parçalanmış vəziyyətdə tapılıb.
Çesser iyunun 27-də həbs qərarı ilə saxlandığı psixi sağlamlıq müəssisəsindən video vasitəsilə məhkəməyə qatılıb. Onun zaminə buraxılması ilə bağlı müraciəti rədd edilib və növbəti iclas dekabr ayına qədər təxirə salınıb.