"Danışıqlar üçün vaxta ehtiyacımız var" - Əraqçi

15:31 - 01 İyul 2025

\"Danışıqlar üçün vaxta ehtiyacımız var\" - Əraqçi

ABŞ-ilə danışıqların bərpası üçün öncə Vaşinqtonun hərbi müdaxilə etməyəcəyinə dair zəmanət verilməlidir.


Bunu İranın xarici işlər naziri Abbas Arakçi CBS News-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehran dialoqa açıqdır, lakin hələlik zamana ehtiyac var.

Trampın İranın nüvə obyektlərinin vurulması ilə bağlı bəyanatına cavab verən Arakçi qeyd edib ki, “zənginləşdirmə texnologiyasını bombalayaraq məhv etmək mümkün deyil” və Tehran istəsə, zərəri tezliklə bərpa edə bilər.

Nazir həmçinin İranın nüvə proqramını “milli qürur mənbəyi” adlandırıb və vurğulayıb ki, xalq bu fəaliyyətlərdən əl çəkməyəcək. O, mümkün hücum halında ölkənin müdafiəsini davam etdirəcəklərini də bəyan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az