Güclü yağışlar daşqınlara səbəb odu – Ölənlər var

15:36 - 01 İyul 2025

Güclü yağışlar daşqınlara səbəb odu – Ölənlər var

Çinin bir neçə əyalətində yağan güclü leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində minlərlə insan evlərini tərk etməyə məcbur qalıb, ölən və itkin düşənlər var.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Syanfen şəhərində baş verən daşqın nəticəsində yaşayış məntəqələri su altında qalıb. Nəticədə 18 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Şəhərdə avtomobillər sel suları altında qalıb, ictimai nəqliyyatın, o cümlədən avtobusların hərəkəti dayandırılıb. Məktəblərdə tədris müvəqqəti olaraq dayandırılıb.

Henan əyalətində də oxşar vəziyyət müşahidə olunub. Əyalətin mərkəzində baş verən daşqın zamanı azı 3 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az