İsrailin Qəzzaya hücumlarında 10 fələstinli həlak oldu

15:42 - 01 İyul 2025

İsrailin Qəzzaya hücumlarında 10 fələstinli həlak oldu

İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağına endirdiyi hücumlar nəticəsində 10 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netzarim dəhlizi yaxınlığında yardım gözləyən mülki şəxslərə atəş açılması nəticəsində 3 nəfər ölüb, 15-dən çoxu yaralanıb. Qəzza vadisinin cənubundakı Səlahəddin küçəsindəki hücumda isə 1 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Əl-Zəvayidə bölgəsindəki hava zərbəsi nəticəsində bir evin dağıdılması nəticəsində 6 nəfər ölüb.

Şahidlər bildirirlər ki, İsrail ordusu Xan Yunus və Qəzzanın şərqində hava və artilleriya hücumlarını intensivləşdirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az