Zəncirvari qəza - 26 nəfər xəsarət aldı

16:59 - 01 İyul 2025

Zəncirvari qəza - 26 nəfər xəsarət aldı

Antalyada 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, nəticədə 26 nəfər yüngül xəsarət alıb.

Hadisə səhər saat 07:00 radələrində Muratpaşa və Güzelyurt məhəllələri ərazisində qeydə alınıb.

Süleyman Kırlının idarə etdiyi yük maşınına arxadan gələn mikroavtobus çırpılıb. Daha sonra iki başqa nəqliyyat vasitəsi də toqquşmaya qarışıb.

Təcili yardım xidməti xəsarət alanlara ilkin tibbi yardım göstərib. Qəzanın dəqiq səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az