Helikopter qəzaya uğradı - Səbəbi araşdırılır

15:57 - 02 İyul 2025

Helikopter qəzaya uğradı - Səbəbi araşdırılır

Somalinin paytaxtı Moqadişoda yerləşən Aden Adde beynəlxalq hava limanında Uqanda ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, helikopterin göyərtəsində 8 nəfər olub. Qəza nəticəsində helikopterdə yanğın baş verib. Aeroport əməkdaşlarından biri olan Farah Abdulle hadisə zamanı partlayış səslərinin eşidildiyini, daha sonra isə helikopterin alova büründüyünü və tüstünün ətrafı qısa müddətdə əhatə etdiyini bildirib.

Somali Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd Maalim hadisə ilə bağlı açıqlamasında bildirib ki, helikopter Somali ərazisində yerləşən Balidogle hava bazasından havaya qalxıb və Aden Adde hava limanının hərbi hissəsində qəzaya uğrayıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az