Türkiyənin Egey dənizində və Ərzurum vilayətində zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, yerli vaxtla saat 02:25-də Egey dənizində 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Daha əvvəl, saat 01:23-də Ərzurumun Köprüköy rayonunda da 3,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 6,89 kilometr olub.
Hadisələr nəticəsində xəsarət alan və dağıntı barədə məlumat verilməyib.