“Microsoft” minlərlə işçisini ixtisar edəcək

10:41 - 03 İyul 2025

“Microsoft” minlərlə işçisini ixtisar edəcək

Microsoft işçi heyətinin təxminən 4 faizini ixtisar edəcəyini açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, ixtisarlar təxminən 9 min nəfəri əhatə edəcək.

Şirkətdən verilən açıqlamada bildirilir ki, strateji ehtiyaclara uyğunlaşmaq məqsədilə idarəetmə təbəqələrinin azaldılması və proseslərin, məhsulların sadələşdirilməsi planlaşdırılır. Bu tədbirlərin məqsədi səmərəliliyin artırılması və təkrar işlərin minimuma endirilməsidir.

Microsoft sözçüsü bildirib ki, həyata keçirilən dəyişikliklər şirkətin ümumi işçi qüvvəsinin 4 faizindən az hissəsinə təsir edəcək. Onun sözlərinə görə, bu addımlar dinamik bazar şəraitində şirkətin mövqeyini gücləndirmək üçün atılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az